AZ

Lukaşenko bu tarixdə AND İÇƏCƏK

Belarusun yeni seçilmiş prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə BELTA Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Ölkə Konstitusiyasına görə, prezidentin andiçməsi seçkilərdən sonra iki aydan gec olmayaraq ÜmumBelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə baş tutmalıdır.

Xatırladaq ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi səsvermənin nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib.

Bizim.Media

Seçilən
22
6
bizim.media

7Mənbələr