İtaliyanın “Il Foglio” qəzeti məqalələr, başlıqlar və ironik ifadələr də daxil olmaqla bütün materialların neyron şəbəkəsi tərəfindən yazıldığı eksperimental nömrə dərc edib.
“Il Foglio AI” adlanan bu nümunə dünyada tamamilə süni intellektdən istifadə etməklə yaradılan ilkdir.
“Cebheinfo.az” bu barədə “The Guardian”-a istinadən xəbər verir.
Qəzetin baş redaktoru Klaudio Ceraza deyib ki, eksperimentin məqsədi süni intellekt texnologiyalarının müasir jurnalistikaya təsirini nümayiş etdirməkdir. Çerazanın sözlərinə görə, layihədəki jurnalistlər yalnız süni intellektə suallar verib və cavabları yoxlayıblar, neyron şəbəkə isə açıq-aşkar qrammatik səhvlər olmayan məqalələr hazırlayıb.
Dörd səhifəlik buraxılış çap və onlayndır. Ənənəvi jurnalistikanı xarakterizə edən şəxsi fikirlər, dərin təhlillər və ya canlı müsahibələr yoxdur. Materiallar insanlardan birbaşa sitatlar olmayan aydın və başadüşülən məqalələrdir.
Xüsusi buraxılışda “İtalyan trumpist paradoksu” ilə bağlı məqalə, Rusiya Prezidenti Vladimir Putin və onun yerinə yetirilməmiş siyasi vədləri haqqında köşə yazısı, İtaliya iqtisadiyyatında islahatlar, gəlir vergisində dəyişikliklər və 750 min işçinin maaşının artırılması ilə bağlı məqalə yer alıb.