Rusiyada qısa isti mövsümdən sonra sinoptiklər qışın qayıdışı barədə xəbərdarlıq edirlər.
News24.az xəbər verir ki, yaxın günlərdə Uralda, Sibirdə və Uzaq Şərqdə havanın temperaturu xeyli aşağı düşəcək, şaxtalar anomal həddə çata bilər.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfandın sözlərinə görə, yaxın vaxtlarda bu bölgələrdə havanın temperaturu normadan 7-16 dərəcə aşağı düşəcək. Bəzi yerlərdə havanın temperaturu mənfi 35-38 dərəcəyə çatacaq. Belə ki, Yamalo-Nenets Muxtar Dairəsinin şərqində mənfi 38 dərəcəyə qədər şaxta gözlənilir.
Şimali Sibirdə, o cümlədən Taymir, Turuxansk və Evenki vilayətlərində havanın temperaturu mənfi 42 dərəcəyə enə bilər. Şiddətli şaxtalar Tomsk və İrkutsk vilayətlərinə də təsir edəcək.
Aqil