AZ

“Avropa Putinin tələblərini rədd edir” - “Bloomberg” açıqladı

“Avropa təkid edir ki, heç bir halda Rusiyanın Ukraynada nizamlanmaya dair tələblərinə əməl etməyəcək”.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri Aİ-nin aparıcı ölkələrindən birinin yüksək rütbəli nümayəndəsinə istinadla yazıb.

“Avropa İttifaqının digər böyük dövlətinin yüksək rütbəli rəsmisi təkid etdi ki, Avropa ölkələri heç bir halda Putinin şərtlərinə əməl etməyəcək”, - məlumatda deyilir.

Xatırladaq ki, Rusiya müvəqqəti atəşkəs ideyası kontekstində Ukraynada səfərbərliyin və ölkəyə silah yardımının dayandırılmasını tələb edib. Göründüyü kimi, həm Ukrayna, həm də Avropa bu tələbləri rədd edir. Donald Tramp isə ümumiyyətlə, silah yardımı məsələsinin Putinlə müzakirə edilmədiyini iddia edib. Sonradan Kremlin sözçüsü Dmitri Peskov Trampı təkzib edib.

“AzPolitika.info”

Seçilən
117
1
azpolitika.info

2Mənbələr