Argentina yığması itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Lautaro Martines düşərgəni tərk edib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Martines əzələ narahatlığı səbəbindən qarşıdakı oyunları buraxacaq.
Argentina yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Uruqvay, 26-da Braziliya ilə qarşılaşacaq.