AZ

Argentina Messi ilə Dibalasız oynayacaq

Argentina yığması qarşıdakı matçlara ciddi itkilərlə çıxacaq. Komandanın hücum xəttinin iki üzvü zədələnib.

"Football-plus.az" xəbər verir ki, kapitan Lionel Messi ilə Paulo Dibala heyətdən kənarlaşdırılıb.

“İnter Mayami”nin hücumçusu MLS-in “Atlanta Yunayted” ilə oyununda (2:1) zədələnib. Müayinə nəticəsində Lionelə əzələ zədəsi diaqnozu qoyulub.

“Roma”nın hücumçusu Paulo isə A seriyasının 29-cu turunun “Kalyari” ilə oyununda (1:0) dizindən zədə alıb. 64-cü dəqiqədə meydana çıxan futbolçu 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən bir ay yaşıl meydana çıxa bilməyəcəyi açıqlanıb. O da Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə vacib oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, sonuncu dünya çempionu olan Argentina DÇ-2026-nın seçmə mərhələsində martın 21-də səfərdə Uruqvayla, martın 25-də isə öz meydanındaBraziliya ilə qarşılaşacaq.

Seçilən
22
football-plus.az

1Mənbələr