Aprelin əvvəlində 2025-ci il qrant müsabiqələrində layihələri qalib gələn QHT-lərin rəhbərləri ilə görüş keçiriləcək, layihələrin icrasından gözləntilər diqqətə çatdırılacaq, suallar cavablandırılacaq.
Bu barədə QHT.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
Görüşdə Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məsul şəxslərinin iştirakı gözlənilir.