AZ

Azərbaycanda əhali dollar və rubl alışını azaldıb, avroya isə maraq artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayları ərzində nağd xarici valyuta iləmübadilə əməliyyatları üzrə göstəricilər məlum olub.

Trend-inMərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞdolları, avro, ingilis funt sterlinqi və rus rublu üzrə mübadiləəməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2025-ci ilin ilk iki ayı ərzində banklar tərəfindən116,1 milyon ABŞ dollarının alışı həyata keçirilib, 294,2 milyonABŞ dollarının isə satışı təmin edilib. 2024-cü ilin eyniaylarındakı göstərici ilə müqayisədə dolların alışı 3,4 milyonvalyuta həcmində və ya 2,8% azalıb, satışı isə 82,7 milyon ABŞdolları və ya 39,1% artıb.

Həmçinin, cari ilin yanvar-fevral ayları ərzində banklartərəfindən 9,8 milyon avro həcmində alış baş tutub. Bu dövr ərzində17,1 milyon dəyərdə avro satışı təmin edilib. 2024-cü ilin eynidövrü ilə müqayisədə avronun alışı 1 milyon valyuta həcmində və ya12%, satış həcmi isə 6 milyon avro və ya 53,5% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk iki ayı ərzində 622 min dəyərdəingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, 2,7milyon funt sterlinqi həcmində satış baş tutub. Bu valyuta vahidiüzrə alış ötən ilə nisbətən 7 min funt strelinq və ya 1,2%, satışisə 1,1 milyon valyuta həcmində və ya 66,2% artıb.

Bundan başqa, cari ilin yanvar-fevral aylarında 213,7 milyonRusiya rublunun alışı həyata keçirilib. Bu dövrdə 176,4 milyon rusrublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışıötən ilə nisbətən 1,1 milyard dəyərində və ya 84,1% azalıb.Həmçinin, rublun satışı isə 2024-cü ilin yanvar-fevral aylarındakıgöstərici ilə müqayisədə 4,5 milyon dəyərində və ya 2,6% artıb.

Seçilən
40
4
az.trend.az

5Mənbələr