Rusiyada qrip və kəskin respirator virus infeksiyaları epidemiyası qeydə alınıb.
Rusiyada qrip və kəskin respirator virus infeksiyaları epidemiyası qeydə alınıb.
Yeniçag.az-a Apa-ya istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
Bildirilib ki, qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları pik həddə çatıb, hər həftə 1,1 milyondan çox insan virusa yoluxur.
Moskvada epidemiya həddi 20% keçib ki, bu da yoluxma hallarının geniş miqyaslı dalğasından xəbər verir.
İnfeksiya səviyyəsinin yalnız aprelin sonunda azalmağa başlayacağı qeyd olunub.