AZ

Kobaxidze: “Aİ faktiki olaraq Gürcüstana müharibə elan edib”

Avropa İttifaqının Gürcüstan hökumətinə qarşı sanksiyaları faktiki olaraq “müharibə elanıdır”.

Bizim.Media “1TV” telekanalına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bəyan edib ki, Qərb ölkələrində konkret şəxslər Gürcüstan hakimiyyətinə qarşı tətbiq edilən sanksiyalarla öyünürlər.

Onun sözlərinə görə, respublikanın baş naziri və baş nazirinin müavininə qarşı sanksiyaların tətbiqi siyasi demarş və ölkəyə siyasi hücum deməkdir.

Kobaxidzenin fikrincə, Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi siyasi və diplomatik dillə desək, “müharibə elanıdır”.

Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr