Türkiyəli məşhur aparıcı Ece Erkenin başına iş gəlib.
"Cebheinfo.az" xəbər verir ki, onun bank kartının məlumatları ələ keçirilib.
Nəticədə, aparıcıya külli miqdarda ziyan dəyib. Bu barədə Ece Erken özü məlumat verib. O, ikinci dəfə başına belə hadisə gəldiyini deyib:
"Bu barədə internetdən mənə çox xəbərdarlıq etmisiniz. Sizi dinləmədiyim üçün çox peşmanam. Bəzi saytlar kart məlumatlatımızı kopyalaya bilir. Bu səhər kartımdan başqasının etdiyi alış-verişlərə görə 16-17 min lirə pul çıxdı. Mən də kartımı bağlatdırdım. Belə hadisə ikinci dəfədir başıma gəlir".