AZ

Niderland millisinin üzvü zədələndi, İngiltərəyə qayıtdı

"Liverpul"un müdafiəçisi Rayan Qravenberx Niderland millisinin toplanışında zədələnib.

Fanat.Az xəbər verir ki, bu barədə “narıncılar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, futbolçu Millətlər Liqasının 1/4 final mərhələsinin İspaniyaya qarşı matçlarında komandasına kömək edə bilməyəcək. Lakin zədənin xarakteri barədə məlumat verilmir.  Qravenberx artıq İngiltərəyə qayıdıb.

Komandaların ilk oyunu bu gün, martın 20-də, cavab qarşılaşması isə martın 23-də baş tutacaq. 

Rayan Qravenberx 2024/25 mövsümündə bütün yarışlarda 41 oyun keçirib, iki məhsuldar ötürmə edib.

Seçilən
19
fanat.az

1Mənbələr