Ermənistan ölkənin BMT yanındakı daimi nümayəndəliyinə hərbi attaşe təyin edəcək.
News365.az xəbər verir ki, müvafiq qərar hökumətin martın 20-də keçirilən iclasında qəbul edilib.
Müdafiə məsələləri üzrə attaşe BMT Katibliyinin Sülhməramlı Əməliyyatlar Departamenti (DPO) ilə əməkdaşlığı gücləndirməyə çalışacaq.
Məlumatda qeyd olunur ki, bu, Ermənistan sülhməramlı qüvvələrinin imkanlarının artırılmasına və onların BMT-nin sülhməramlı missiyalarında iştirakının genişləndirilməsinə töhfə verməlidir.