AZ

ABŞ-dan İmamoğlunun həbsinə REAKSİYA

ABŞ İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce mətbuat konfransında danışıb.

O, aşağıdakı bəyanatı verib:

"Biz Türkiyəni insan hüquqlarına hörmətlə yanaşmağa, öz daxili işlərini düzgün idarə etməyə çağırırıq. Başqa bir ölkənin daxili qərarvermə proseslərini şərh etməyəcəyik, ancaq xatırlatmaqdan başqa, bütün vətəndaşlarının öz hüquqlarına hörmətlə yanaşacaq şəkildə hərəkət etməsini gözləyirik. Məncə, bu, olduqca aydındır. Amma bunu təkrarlamaq lazımdır".

Seçilən
88
2
publika.az

3Mənbələr