“Bakı ilə müqavilənin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb:
“Başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin hələlik işimizi davam etdiririk. Bu, vəziyyətə diplomatik yanaşmadır”
Qriqoryan qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib:
“Bununla belə, hansısa balanslaşdırılmış variantı seçmək məntiqli olardı”.
Qeyd edək ki, martın 13-də İrəvan və Bakının qalan iki bənd üzrə razılığa gələrək, sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları məlum olub./Globalinfo.az