AZ

Putindən əl-Şaraya MESAJ – “Əməkdaşlığa hazırıq”

“Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya mesaj göndərib”.

Bizim.Media xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin mesajında ölkənin suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tezliklə sabitləşdirilməsi səylərini dəstəkləyib.

Peskov əlavə edib ki, Rusiya Suriya rəhbərliyi ilə ikitərəfli gündəlikdəki bütün məsələlər üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
43
3
bizim.media

10Mənbələr