Bakı. Trend:
Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş KlinikHospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri HeydərƏliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərinhörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti UluÖndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yadedib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu iləgörüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarınaqovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbiqulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onlarıbayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunanhərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və dahakeyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarverib.
General-polkovnik Z.Həsənov Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhamƏliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbiqulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət vəqayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birincivitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyininrəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icraedən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsindəaparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbiqulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmətgöstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yenipraktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.
Müdafiə nazirinə məruzə olunub ki, hərbçilərimizin müayinə vəmüalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitaldatibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətininbalansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulatorxidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanışolub.