AZ

Tramp telefon danışığında qarşısına qoyduğu məqsədə nail ola bilmədi

"Bütün dünya ictimaiyyətinin diqqəti Tramp-Putin telefon danışığına yönəlmişdi. Çünki bu danışıqdan çox şey asılı idi. "

Politoloq Vəli Əlibəyov bunu News365.az-a deyib. 


"Ukrayna-Rusiya müharibəsinin sona çatıb-çatmayacağı məhz bundan asılı idi. Və ondan sonra mətbuata təqdim olunan qapalı məlumatlar da əslində bu məsələyə aydınlıq gətirirdi.

Amma bu məlumatları da nəzərə alsaq, Tramp telefon danışığında qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Çünki Tramp demişdi ki, Putinlə danışdıqdan sonra müharibə bitəcək. Lakin dünənki telefon danışığından sonra Putin öz şərtləri ilə 30 günlük atəşkəsə razılıq verdi. Amma bu şərtlər elə şərtlərdir ki, Ukrayna tərəfi bunu qəbul edəcək, etməyəcək – bu artıq ikinci məsələdir.

Məsələn, məhz buna görə də Zelenski bu gün, sizin də dediyiniz kimi, artıq Tramp ilə telefon danışığını təşkil etmək istəyir ki, dünənki razılaşmalarla bağlı öz mövqeyini bildirsin."

Seçilən
31
news365.az

1Mənbələr