Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına (ADIZ) daxil olub.
Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb:
“Rusiyanın bir neçə hərbi təyyarəsi Cənubi Koreyanın Şərq dənizi üzərindən havadan müdafiə zonasına 20 kilometr daxil olub”.
Müdafiə Nazirliyinin məlumatına görə, Cənubi Koreyaya məxsus qırıcı təyyarələr gözlənilməz vəziyyətlərin qarşısını almaq üçün taktiki tədbirlər görüblər. Eyni zamanda Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozmadığını qeyd edib. Hadisə ilə bağlı Seul Rusiya hərbi attaşesi Nikolay Marçenkoya etirazını bildirib.
Bizim.Media