YAP Gəncə şəhər təşkilatı Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylayıb.
YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri 100 aztəminatlı ailəyə baş çəkərək, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını verib və onları Novruz bayramı münasibətilə təbrik ediblər.
Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq, insanlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi bəxş etmək məqsədi daşıyıb.