Rusiya və Amerika nümayəndə heyətləri arasında növbəti Ciddə danışıqları yaxın bir neçə gün ərzində baş tutacaq.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, hazırda tərəflər danışıqların son detalların razılaşdırırlar.
O əlavə edib ki, görüş gələn həftənin başlanğıcında aş tuta bilər.
Ağ Ev bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında atəşkəs şərtlərinin razılaşdırılması üzrə danışıqlar martın 23-də Ciddədə baş tutacaq.
Aö Evin təmsilçisi Mayk Uolts bildirib ki, Ukrayna və Rusiya enerji infrastrukturuna hücumları dayandırmaq barədə razılığa gəliblər.
Mürtəza
Ölkə.Az