AZ

Məktəbdə İNSİDENT – Ata oğlunu döyən şagirdə stulla HÜCUM ÇƏKDİ

Rusiyanın Krasnoyarsk vilayətində məktəblərin birində insident yaşanıb.

Bizim.Media TVK-yə istinadən xəbər verir ki, şagirdlərdən birinin atası digər məktəbliyə stulla hücum edib.

Məlumata görə, əvvəlcə məktəbin eyvanında iki şagird arasında mübahisə yaşanıb. Bu səbəbdən onların valideynləri məktəbə çağırılıb. Bu zaman ata özünü saxlaya bilməyərək, övladını döyən şagirdə hücum çəkib. O, məktəblini stulla döyüb.

Dərhal məktəbə polis çağırılıb. Ata övladının panik atak keçirməsi səbəbindən əsəblərinə hakim ola bilmədiyini deyib.

Döyülən məktəbli isə baş və üz nahiyəsindən xəsarətlər alıb.

Bizim.Media

Seçilən
48
bizim.media

1Mənbələr