NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen X-də yazıb ki, Ermənistanın demokratik müttəfiqləri Azərbaycana başa salmalıdırlar ki, davamlı sülhə dair razılığa gəlməyin vaxtı çatıb. Alyansın keçmiş baş katibi yenə də anti-Azərbaycan çıxışı ilə yadda qalıb. Onun erməni lobbisinin təsiri altında olduğu və verilən rüşvətlə çıxış etdiyi şübhə doğurmur.
Tribunainfo.az-a danışan siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, Rasmussenin özünü başa salan lazımdır: “Ona biri izah eləsin ki, Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik tələb edir. Hazırkı sənəd sülhə təhlükədir. Bunu erməni ədliyyə naziri də təsdiq edib. Yeni konstitusiya isə sülhə təhlükə yaratmamalıdır, orada bizə qarşı ərazi iddiaları qalmamalıdır”.
F.Əliyev deyib ki, Rasmussen erməni lobbisinin pulu ilə danışır: “Onu danışdıran aldığı rüşvətdir. Əslində, məsələnin mahiyyətini də anlamır. Sadəcə, Ermənistan ondan istifadə edir”.
Roman