AZ

"Çelsi" "Qalatasaray"ın ulduzu üçün 14 futbolçusunu satır

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimheni daha bir komanda heyətinə qatmaq istəyir. 

"Cebheinfo.az" xəbər verir ki, İngiltərə nəhəngi "Çelsi" dünya ulduzu ilə maraqlanır. Müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsus olan forvardın sərbəst qalma dəyəri 75 milyon avrodur. London təmsilçisi də bu transferi həyata keçirə bilmək üçün 11 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. 

Hətta bu transfer üçün ayrılacaqlar siyahısına 3 futbolçunun daha əlavə edilə biləcəyi iddia olunur. Qeyd edək ki, Osimhen "Qalatasaray"da 30 matçda meydana çıxıb. 26 yaşlı ulduz sözügedən matçlarda 26 qol vurub, 5 məhsuldar ötürmə edib. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr