"Beyjinq Qoan" klubunun yetirməsi, Çinin gənclər yığmasının oyunçusu Qo Tsyayuan dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bayern" klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı çinli futbolçu ötən ay İspaniyadakı təlim-məşq toplanışı zamanı aldığı kəllə-beyin travması nəticəsində beyin ölümü keçirmiş və komaya düşmüşdü. Gənc stopper xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 2023-cü ildə Münhen nəhənginin sınaq məşqlərinə dəvət alan gənc Qo daha sonra klubun "dünya yığması"nda forma geyib.