AZ

Simonyan Avropada erməni canilərdən danışdı: hüquq müdafiəçisi isə deyir ki…

Strasburqa işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan Avropa Şurası Parlamentləri Sədrlərinin Avropa Konfransı çərçivəsində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. Nyus.az yazıb ki, spiker Simonyan görüşdə Bakıda həbsdə olan erməni canilər məsələsini qaldırıb. Tribunainfo.az bildirir ki, sülhdən danışan İrəvan yenə də pozuculuq əməllərini davam etdirir. Simonyanın erməni separatçılarla bağlı Avropada çıxışı daxili auditoriyaya hesablansa da, sülh prosesinə zərər vurur.
Bu mövzuda saytımıza danışan hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, Araik və digər erməni məhkumlar konkret maddələrlə ittiham olunur. Hüquq müdafiəçisi deyib ki, onlar öz günahlarını, eləcə də Ermənistandan verilən tapşırıqları etiraf edirlər. Onun sözlərinə görə, bu şəxslər layiqli cəzalarını alacaqlar, sadəcə, Ermənistan onların müdafiəsini təşkil etmək görüntüsü yaradır: “Çünki Paşinyan iqtidarına tənqidlər səslənir. Elə bu gün də aksiya keçirilib. Simonyan da göstərir ki, guya onlar hər bir platformada məsələ qaldırırlar”.

Fərid

Seçilən
34
tribunainfo.az

1Mənbələr