AZ

SON DƏQİQƏ! Bu ölkə Rusiyanın hücumuna HAZIRLAŞIR – VİDEO

“Litva 2030-cu ilə qədər Rusiyanın NATO ölkələrinə qarşı mümkün hücumuna hazırlaşır “.

Bizim.Media “Novosti.live” nəşrinə istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Ginatas Nauseda məlumat verib.

Litva prezidentinin sözlərinə görə, yaxın 4-5 il ərzində ölkədə mümkün təcavüzü dəf etmək üçün lazım olan hər şeyi təmin edəcək bölmələr fəal şəkildə yaradılacaq.

“Rusiyaya qarşı sanksiyalar aradan qaldırılarsa, Litvanın Rusiyanın hücumu zamanı qoşunları müdafiəyə hazırlamaq üçün daha da az vaxtı olacaq”, - Nauseda deyib.

Onun fikrincə, Rusiya Federasiyasının potensial hücumu Qərbə qarşı təcavüzün genişlənməsinin növbəti mərhələsi ola bilər. O əlavə edib ki, vəziyyət ciddidir, lakin Litvanın mümkün hücumun öhdəsindən gəlmək və hazırlaşmaq üçün bütün imkanları var.


Bizim.Media

Seçilən
28
2
bizim.media

3Mənbələr