AZ

Fernandu Santusla İLK

Azərbaycan millisi martın 22-də növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız yoldaşlıq oyununda Haiti ilə qarşılaşacaq.

Sumqayıtda baş tutacaq matç komandamızın tarixində 306-cı sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 305 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 79 heç-heçəyə nail olub və 165 dəfə uduzub. Əvvəlki 305 qarşılaşmada 235 qol vuran futbolçularımız 510 top buraxıb.

Bu, millinin yoldaşlıq oyunları 140-cı matçı olacaq. İndiyədək 139 belə qarşılaşma keçirən komandamız 40 qələbə qazanıb, 45 heç-heçə edib və 54 dəfə xalsız qalıb. 134 qol vuran millimiz 175 top buraxıb.

Ev matçı Fernandu Santuşun baş məşqçi postunda ilk yoldaşlıq oyunu olacaq. Ümumilikdə portuqaliyalı ilə 7-cı sınağa qədər qələbə əldə edilməyib. 1 heç-heçəsi olan və 5 məğlubiyyət alan komanda 3 qol vurub, 17 topa üzülüb.

Qeyd edək ki, Azərbaycan – Haiti görüşü martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
27
1
idman.biz

2Mənbələr