Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı ölkələri danışıqlarda kimin təmsil edə biləcəyini müzakirə ediblər.
Publika.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, söhbət zamanı bir sıra mühüm məsələlər müzakirə olunub.
"Bunlardan biri də ölkələr arasında gözlənilən danışıqlar idi. Vladimir Putin və Donald Tramp danışıqlarda hər bir tərəfi kimin təmsil edə biləcəyini müzakirə ediblər", - sözçü qeyd edib.