Ukrayna əsgərləri Kursk vilayətində geri çəkilib. Lakin Tramp və Putinin iddialarını əksinə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınmayıb.
AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Agentlik yazır ki, ABŞ kəşfiyyatının ötən həftə Ağ Evə göndərdiyi məlumatlara görə, Ukrayna qoşunları rusların güclü təzyiqi ilə üzləşir, lakin mühasirəyə alınmayıb.
Bu məlumatlara baxmayaraq, Tramp Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində mühasirəyə alınması barədə danışmağa davam edib. Putin də öz növbəsində oxşar bəyanatlar verib.