AZ

Niderland yığması itki ilə üzləşdi

UEFA Millətlər Liqasının 1/4 finalında İspaniya yığması ilə evdə ilk oyununa hazırlaşan Niderland yığmasının düşərgəsində itki var.

Arena.az yığmanın mətbuat xidmətinə istinadən məlumat verir ki, “Liverpul”un 22 yaşlı dayaq yarımmüdafiəçisi Rayan Qravenberx zədə səbəbilə “zanbaqlar”ın düşərgəsini tərk edib:

“Rayan Qravenberx “narıncılar”ın məşq düşərgəsini bu gün axşam (dünən – redaktorun qeydi) tərk edib. Yarımmüdafiəçi istirahət günlərində aldığı, ona İspaniya yığmasına qarşı oynamağa imkan verməyəcək zədədən hələ də əziyyət çəkir”, – yığmanın rəsmi bəyanatında deyilir.

Xatırladaq Niderland yığması ilk oyun çərçivəsində İspaniya yığmasını bu gün, martın 20-də Rotterdamın “Feyenoord” stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı ikinci oyun isə martın 23-də Valensiyanın “Mestalya” stadionunda baş tutacaq.

Seçilən
61
arena.az

1Mənbələr