AZ

Bu ölkə Rusiya ilə sərhədləri bağlamaqdan İMTİNA ETDİ

Estoniya hökuməti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsinə baxıb və bu ideyadan imtina edib. 

“Cebehinfo.az” bu barədə  “İnterfaks”-a istinadən xəbər verir.

Bu qərar cümə axşamı, martın 20-də keçirilən iclasda qəbul edilib. Parlamentin 14 üzvü təşəbbüsü dəstəkləyib, 61 deputat isə əleyhinə səs verib.

Bundan əvvəl Estoniya Polisi və Sərhəd Mühafizəsi (PPA) lazım gələrsə, Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamağa hazır olduqlarını bildirmişdi. Daha sonra Baltikyanı respublikanın daxili işlər naziri Lauri Lanemets sərhədin bağlanması təşəbbüslərini əsassız adlandırıb.

Seçilən
33
cebheinfo.az

1Mənbələr