AZ

"Milan" əsas oyunçularından birini GÖNDƏRİR

"Milan" Teo Ernandesə yeni müqavilə təklif etməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "La Gazetta dello Sport" nəşri yazıb.

27 yaşlı müdafiəçinin Milan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. "Rossonyerilər" yayda fransalı futbolçuya gələcək təklifləri dəyərləndirəcəklər. Teonun transfer dəyəri 50 milyon avro məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Ernandes 2018-ci ildən "Milan"ın formasını geyinir. O, komandanın heyətində 252 oyunda 33 qol vurub, 44 məhsuldar ötürmə verib.

Milli.Az

Seçilən
8
milli.az

1Mənbələr