Bakı. Trend:
Şəmkirdə dördotaqlı ev yanıb.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi160 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxtaatmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxinyanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.