Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 909 nəfər xəsarət alıb.
Martın 18-də İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 506-ya çatıb.
Operativ Media xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, daha 909 nəfər yaralanıb.
Məlumata görə, ölənlər arasında 200 uşaq, çox sayda qadın və qoca var.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatlarının başlamasından bu yana Qəzzada ölənlərin ümumi sayı 49 617 nəfərə çatıb, daha 112 950 nəfər yaralanıb.