AZ

Putin bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu açıqladı

Rusiya prezidenti Vladimir Putin Moskvanın Suriya rəhbərliyi ilə gündəlikdəki bütün məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd olunur ki, Putin bunu Suriya rəhbəri Əhməd əl-Şaraya ünvanladığı mesajda bildirib.

“Rusiyanın Suriya rəhbərliyi ilə ikitərəfli gündəliyin bütün məsələləri üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə davamlı hazırlığı təsdiqlənib”, - Kreml nümayəndəsi bildirib.

Seçilən
27
publika.az

1Mənbələr