Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Ukraynada atəşkəsə çağırıb.
Turkustan.az xəbər verir ki, Ukraynadakı vəziyyətin sammitin gündəmindəki əsas mövzular arasında olduğuna diqqət çəkən Şolz Ukraynanın müstəqil, suveren və demokratik bir dövlət olaraq varlığının mərkəzi əhəmiyyət daşıdığını bildirib.
Sülh əldə edildikdən sonra Ukraynanın Aİ-yə doğru yoluna davam etməli və güclü orduya malik olması lazım olduğunu deyən Şolz: "Bunlar təmin etməli olduğumuz şeylərdir və bu, əlbəttə ki, Zelenskinin təklifləri əsasında atəşkəs imkanını da əhatə edir"-deyə, bildirib.
Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında keçirilən görüşün nəticələri fonunda ilk addımın mümkün göründüyünü ifadə edən kansler:"Ancaq indi bunun reallığa çevrilməsi və bu kriteriyalara cavab verən həqiqətən qalıcı atəşkəslə nəticələnməsi lazımdır"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az