1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qobustan rayonunun Ərəbşalbaş kəndinə daxil olduqda, demək olar ki, hər evin küçə qapısında qırmızı kəlağayılara rast gəlinir.
Bu, həmin evlərdə toy mərasiminin baş tutmasından xəbər verir.
Kənd sakinləri köhnə adət-ənənəmizi bu gün də yaşadırlar.
Sakinlər deyirlər ki, hansı evin qapısında kəlağayı yoxdursa, deməli, bu evdə xoş mərasim olmayıb.
"Həm oğlan, həm də qız evinin qapısına və ya həyətdəki ağaca kəlağayı bağlanılır. Toy, nişan baş tutan hər evin qapısında mütləq olmalıdır", - deyə sakinlərdən biri söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində: