AZ

Hər gün bir şokolad yeməyin faydası

Hər gün bir şokolad

Şokolad düzgün miqdarda istehlak edildikdə təkcə ləzzətli deyil, həm də sağlamlıq üçün faydalıdır. Mütəxəssislər bildirir ki, tünd şokolad yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, cəmi bir kvadrat tünd şokolad 64 mq maqnezium ehtiva edir ki, bu da kişilər üçün gündəlik tövsiyə olunan qəbulun 21 faizini, qadınlar üçün isə 24 faizini təşkil edir. Balanslı pəhriz və kifayət qədər maqnezium qəbulu yuxuya keçidi asanlaşdırır və yuxu rejimini dəstəkləyir.

Maqnezium yuxu üçün vacib minerallardan biridir. Kişilər üçün gündəlik 300 mq, qadınlar üçün isə 270 mq maqnezium tövsiyə edilir. Ancaq bir çox insan bu miqdardan az qəbul etdiyindən yuxu keyfiyyəti zəifləyir. Maqnezium kortizol səviyyəsini aşağı salaraq stressi azaldır, melatonin istehsalını dəstəkləyərək yuxuya keçidi asanlaşdırır. Həmçinin sinir sisteminə təsir edərək sakitləşdirici təsirə malik GABA adlı neyrotransmitteri tənzimləyir və beynin rahatlamasına kömək edir.

Sağlamlıq mütəxəssisləri tünd şokoladın ölçülü istehlak edilməsinin vacibliyini vurğulayır. Tərkibində faydalı maddələr olsa da, həddindən artıq miqdarda istehlak edildikdə yüksək kalorili, doymuş yağ və şəkər tərkibi səbəbindən zərərli ola bilər. Bu səbəbdən, yuxu keyfiyyətini artırmaq üçün gündəlik balanslı miqdarda tünd şokolad istehlak etmək tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
40
e-saglam.az

1Mənbələr