AZ

Argentina millisinin daha bir lideri sıradan çıxdı

"İnter"in və Argentina millisinin hücumçusu Lautaro Martinez sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, 27 yaşlı hücumçunun əzələsində problem yaranıb. Bu səbəbdən millinin məşqçilər heyəti futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəliblər. Beləliklə, forvard DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya və Uruqvaya qarşı oyunları buraxacaq. O, millinin düşərgəsini tərk edərək "İnter"ə qayıdacaq.

Daha əvvəl Lionel Messi və Paulo Dibalanın eyni səbəbdən dünya çempionatının seçmə oyunlarında iştirak etməyəcəyi açıqlanmışdı.

Martinez bu mövsüm 39 oyuna çıxıb, 18 qol vurub və 6 qolun ötürməsini verib.

Xatırladaq ki, Argentina 22 martda Uruqvayla, 26 martda isə Braziliya ilə qarşılaşacaq.

Seçilən
55
fanat.az

1Mənbələr