Turkiyənin "Beşiktaş" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, İstanbul nəhəngi "Feyenord"da çıxış edən Xulian Karransanı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer rəhbərlikdən argentinalı forvardın transferini istəyib. Norveçli mütəxəssis Karransanın gənc, sürətli və cəld olmasını onun üstünlükləri hesab edir. "Qara qartallar" yayda 24 yaşlı hücumçu üçün Niderland klubu ilə danışıqlara başlayacaq.