AZ

Qvardiola "Mançester Siti"yə yeni ulduz futbolçu seçib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, komandasının hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, ispaniyalı mütəxəssis, Bilbao “Atletik”inin cinah yarımmüdafiəçisi Niko Uilyamsla maraqlanır.

"Şəhərlilər" 22 yaşlı oyunçunun sərbəst qalma haqqını ödədikdən sonra gələn yay onunla müqavilə bağlaya bilər. Artıq tərəflər arasında danışıqlar başlayıb.

Uilyamsın satınalma məbləği 60 milyon avro təşkil edir. Cari mövsümdə La Liqada 24 matçda 4 qol vuran və 5 məhsuldar ötürmə verən İspaniya millisinin üzvünün müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Seçilən
10
90deqiqe.az

1Mənbələr