AZ

Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, danışıqlarda Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda iştirak edəcək.
"Ümid edirik ki, bazar ertəsi keçiriləcək məsləhətləşmələr məhsuldar olacaq", - deyə V.Putinin köməkçisi qeyd edib.
Seçilən
17
3
oxu.az

4Mənbələr