Qapıçı Kaomhin Kelleher qarşıdakı transfer pəncərəsində "Liverpul"u tərk edərək İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.
90deqiqe.Az-ın "talkSPORT"a istinadən verdiyi xəbərə görə, irlandiyalı oyunçu Mersisayd klubundakı əvəzedici rolundan razı deyil. “Qırmızılar”ın Georgi Mamardaşvilini satın almasından sonra Kelleherin klubdakı perspektivləri daha da zəif görünür, ona görə də o, tezliklə mənzərəni dəyişmək axtarışında ola bilər.
Hazırda 26 yaşlı qolkiper uğrunda mübarizəyə "Bornmut" başçılıq edir.
Əvvəllər futbolçu ilə “Çelsi” və “Tottenhem” klubları maraqlanırdı.
Kaomhin Kelleher bu mövsüm "Liverpul"un heyətində 18 oyuna çıxıb, 17 qol buraxıb. Transfermarkt portalı futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirib.