AZ

Rusiya-ABŞ görüşü Ər-Riyadda davam edəcək

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında məşvərət görüşünün keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Uşakov verdiyi yazılı açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals ilə telefon danışığı apardığını bildirib.

Uşakov: “Son danışıq zamanı Rusiya və ABŞ liderlərinin əldə etdiyi konsensusa uyğun olaraq iki ölkənin ekspertləri arasında məsləhətləşmə görüşünün təşkilini müzakirə etdik”-deyə, vurğulayıb.

Danışıqlarda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin prioritet olduğunu qeyd edən müşavir, "Bu arada xatırlatmaq istərdim ki, müvafiq paket sazişləri 2022-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb, lakin bu razılaşmalar tam şəkildə həyata keçirilməyib"-ifadəsini də işlədib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
turkustan.az

1Mənbələr