La Liqa "Barselona"nın təklifini geri çevirib. 

Offsideplus.az xəbər verir ki, "Barselona" - "Osasuna" qarşılaşması martın 27-də baş tutacaq. Kataloniya təmsilçisi oyunun vaxtının dəyişdirilməsi üçün müraciət etsə də, La Liqa "yox" cavabı verib. 

"Barselona" sözügedən qarşılaşmaya 2 itki ilə çıxacaq. Belə ki, Ronald Arauxo və Rafinya milli komandaların oyunlarına görə qarşılaşmanı buraxacaq.