BAKI,TurkicWorld
Donald Trampın çıxışlarında şəhadət barmağını tez-tez insanlara yönəltməsi diqqət çəkən davranışlarından biridir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Lancaster Universitetinin dilçilik professoru Kristofer Hart bu jestin izləyicilərə güclü təsir göstərdiyini bildirib.
O, “Social Semiotics” jurnalında dərc olunan araşdırmasında Trampın 2016-cı ildə Nyu-Yorkda keçirdiyi mitinqi təhlil edərək, onun hər dəqiqədə bir dəfədən çox barmaq işarəsindən istifadə etdiyini müəyyən edib.
Hartın sözlərinə görə, Tramp bu jesti auditoriyası ilə daha güclü emosional əlaqə yaratmaq, onları öz dairəsinə daxil etmək və həmçinin rəqiblərinə istehza etmək üçün istifadə edir. Onun bu üslubu, keçmişdə Dünya Güləş Əyləncə Federasiyası (WWE) şoularında tez-tez iştirak etməsi və burada güc siqnallarının əhəmiyyətini anlaması ilə də əlaqələndirilir.