AZ

Putin Rusiyada yaşayan ukraynalılarla bağlı fərman imzaladı

Rusiya Federasiyasında qanuni əsas olmadan məskunlaşan Ukrayna vətəndaşları sentyabrın 10-dək Rusiyanı tərk etməlidirlər.

Far.Az "News.ru"ya istinadən xəbər verir ki,  bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün fərman imzalayıb.

Sənəddə deyilir ki, Rusiya Federasiyasında olan və Rusiya Federasiyasında qalmaq (yaşamaq) üçün qanuni əsasları olmayan Ukrayna vətəndaşları 2025-ci il sentyabrın 10-dək Rusiya Federasiyasını təkbaşına tərk etməli və ya Rusiya Federasiyasındakı hüquqi statuslarını tənzimləməlidirlər.

Seçilən
17
far.az

1Mənbələr