"Leypsiq"in niderlandlı yarımmüdafiəçisi Xavi Simons İngiltərə klublarının diqqət mərkəzindədir.
İdman.biz xəbər verir ki, "Mançester Yunayted"lə yanaşı "Liverpul" da 21 yaşlı futbolçu ilə maraqlanır.
Mersisaydalılar Simonsun transferin görə 80 milyon avro ödəməyə hazırdırlar. Amma almanlar Xavinin transferindən ən azı 100 milyondan aşağı satmaq niyyətində deyillər.
Qeyd edək ki, niderlandlı futbolçunun "Leypsiq"lə müqaviləsi 2027-ci ilin yayında bitəcək. Simons bu mövsüümdə 25 oyunda 8 qol və 5 ötürmə ilə yadda qalıb.
İdman.biz