AZ

Prezidenti Novruz bayramı münasibətilə  təbrik edirlər...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
 
Möhtərəm Prezident!
 
Qarşıdan xalqımızın əsirlərdən süzülüb gələn milli-mənəvi dəyəri olan Novruz
bayramı gəlir. Mən Sizi və ailənizi xalqımızın bu gözəl bayramı münasibəti ilə təbrik
edirəm.
 
Azərbaycan xalqının böyük oğlu,Türk dünyasının görkəmli şəxsiyyəti, dahi siyasi
xadim ümummilli lider Heydər Əliyev öz çıxışlarında qətiyyətlə vurğulayırdı: “...Gün o
gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə,
Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubatlıda keçirəcəyik!” Bəli, belə də oldu,
dahi siyasətci Heydər Əliyev bu günləri xalqına yaşadacaq İlham Əliyev şəxsiyyətinə,
siyasi iradəsinə tamlıqla əmin olduğu üçün xalqına da onun ətrafında birləşməyi tövsiyə
etmişdir və qeyd etdiyi kimi: “...Özüm qədər inanıram”, - nəsihəti bu gün bizə tarixi
zəfərimizə şahidlik etməyi nəsib etmişdir. Mən də bir kəlbəcərli kimi arzu edirəm ki, Siz
builki Novruz tonqalını Kəlbəcərdə qalayasınız və xalqımızı təbrik edərək qarşıdakı
uğurlarımızı bəyan edəsiniz. Necə ki, bunu tarixi Qrabağımızda – Şuşada, Xankəndində
etdiniz.
 
Cənab prezident!
 
Mərhum atam Vəliyəddin İsmayılovun Ulu Öndərin 100 illiyinə həsr etdiyi
“Nəsillərə örnək insan” kitabındakı bir tarixi faktı qeyd etmək istəyirəm. Ulu öndər
Heydər Əliyev 1997-ci il aprelin 2-də Kəlbəcərin işğalının anım günündə Nərimanov
rayonunda kəlbəcərli məcburi köçkünlərlə görüşün də qeyd etmişdi. “...Mən bu gün eyni
zamanda kəlbəcərlilərdə öz xalqına, torpağına məhəbbət hissi olduğunu sübut edən,
nümayiş etdirən faktları yada salmaq istəyirəm. Bu gün burada yenə dedilər ki,
gəlinlər özlərini qayadan atdılar. Bu, Azərbaycan qadınının nə qədər yüksək
mənəviyyata, namusa, qeyrətə malik olduğunu sübut edən faktdır. Mən keçən dəfə
demişdim, bu gün də deyirəm, Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün
gələcək. Biz sizinlə Kəlbəcərə qayıdacayıq, orada kəlbəcərlilərin qəhramanlığını
əbədiləşdirən abidələr yaradılacaq, lakin ən birinci abidə özünü qayadan atan
həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır!”
 
Cənab Ali Baş Komandan!
 
Mən bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi əminəm ki, Siz Ulu Öndərin -
Bu abidə qoyulmalıdır, - tövsiyəsi, nəsihəti və arzusunu yerinə yetirəcək və Türk
dünyasının, Azərbaycan xalqının əzəmət simvolunu ucaldacaqsınız. Bu mənəviyyat
abidəsi Türk dünyasının dünyaya açılan qapısının qürur mənbəyi olacaqdır və əsirlər
keçəcək Siz hər zaman böyük Azərbaycan xalqının QÜRUR MƏNBƏYİ
OLACAQSINIZ!
Bir daha Sizi səmimi qəlbdən təbrik edirəm və Sizinlə Kəlbəcərdə görüşmək
arzusu ilə...
Allah Sizi və ailənizi qorusun!
 
Dərin hörmət və ehtiramla: İlqar Vəliyəddin oğlu Misirzadə,
 
Azərbaycan Respublikası Prezidenti
Yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi İdarəetmə
fakultəsinin müdavimi,
 
Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin əməkdaşı.
 
Seçilən
15
moderator.az

1Mənbələr